Vyanada İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Vyanada İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Avstriya Respublikasında rəsmi səfərdə olan Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. SİA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Hofburq sarayının qarşısındakı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avstriya Respublikasının Prezidenti Haynts Fişer və xanımı Margit Fişer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı səmimiyyətlə qarşılayıblar. Daha sonra fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Avstriyanın dövlət himnləri səslənib.

Avstriyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Haynts Fişerə təqdim olunub. Sonda prezidentlər və xanımları rəsmi foto çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə