Sevinc Fətəliyeva: “kim necə bəyanat verirsə versin..”

Sevinc Fətəliyeva: “kim necə bəyanat verirsə versin..”

Millət vəkili Sevinc Fətəliyeva seçki öncəsi bəzi xarici qüvvələrin və müxalifətin Azərbaycanın dövlətçiliyi əleyhinə səsləndirdiyi bəyanatlara münasibət bildirib. Millət vəkili SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan zirvələrə çatıb: "Mən düşünürəm ki, kim necə bəyanat verirsə versin, Azərbaycanın Cənab Prezidentdən başqa lideri yoxdur. Onun alternativi yoxdur. Biz 10 ildir ki, dövlət başçısının yeritdiyi siyasətin və xalqımız üçün görülən işlərin şahidiyik."

Millət vəkili onu da bildirib ki, bu cür bəyanatlar, Azərbaycan əleyhinə səsləndirilən fikirlər dövlətin inkişafına və hökumət-xalq birliyinə xələl gətirə bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə