NATO Türkiyəni dəstəkləyir

NATO alyansın 28 ölkəsindən birində baş vermiş dağıdıcı partlayışa cavab olaraq, kollektiv müdafiə fəaliyyəti həyata keçirməyi planlaşdırmır. SİA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, alyans Ankaradan insidentlə bağlı informasiyaları gözləyir.

Brüsseldəki diplomatik mənbənin sözlərinə görə, birgə cavab tədbirlərinin görülməsi üçün Şimali Atlantika Şurasının təcili iclasının keçirilməsinə görə, Türkiyə təşəbbüslə çıxış etməlidir.

Bildirilib ki, alyansın bütün üzvləri Türkiyəni dəstəkləyir və lazım olsa, onun təhlükəsizliyinin təmin edilməsi üçün bütün güclərini səfərbər edə bilər. Məlumatda deyilir ki, NATO hadisə ilə bağlı daha geniş məlumat əldə etmək üçün Türkiyənin araşdırmalarının nəticələrini gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə