Mahmud Məmmədquliyev: “ÜTT-yə üzvlüklə bağlı növbəti danışıqlar gələn ay baş tutacaq”

Mahmud Məmmədquliyev: “ÜTT-yə üzvlüklə bağlı növbəti danışıqlar gələn ay baş tutacaq”

Gələn ayın əvvəlində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı növbəti danışıqlar aparılacaq. SİA-nın verdiyi xəbərə görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ÜTT-yə yeni rəhbərin təyin olunması Azərbaycanın quruma daxil olması məsələsinə heç bir təsir göstərməyəcək: "Azərbaycanın quruma üzv olması ilə bağlı aparılacaq danışıqlar zamanı Hindistan, Cənubu Koreya və Çinlə mallar, xidmətlər üzrə birgə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bundan başqa Argentina və Braziliya kimi ölkələrə kənd təsərrüfatı üzrə subsidiyaların verilməsi məsələsi ətrafında ikitərəfli danışıqlar aparılacaq. Bu danışıqlardan sonra biz həmin dövlətlərə subsidiyaların verilməsi üçün əlverişli olan şərtləri götürə biləcəyik. Hələlik, təşkilat tərəfindən bir çox məsələlər razılaşdırılmayıb. Əgər bütün məsələlər razılaşdırılsaydı, biz həmin təşkilatın üzvü olardıq. Bu gün bir çox məsələlər hələ də danışıqlar masası üzərində qalıb. Biz də çalışırıq ki, zamanla bu məsələlərin həllinə nail olaq".

Bütün xəbərlər Facebook səhifəmizdə