“Qəbələ RLS-dəki Rusiyaya məxsus əmlakın inventarizasiyası başa çatıb”
"Dövlət komissiyaları Qəbələ radiolokasiya stansiyasının təhvil verilməsi bağlı işini davam etdirir". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavininin sözlərinə görə, Azərbaycan Qəbələ RLS-in təhvil təslim edilməsi ilə bağlı bütün məsələləri razılaşdırmağa nail olub.
Qəbələ RLS-dəki Rusiyaya məxsus olan əmlakın inventarizasiyası başa çatıb. Əmlakların daşınması ilə bağlı bütün təşkilatı məsələlər öz həllini tapıb. Hazırda proses davam edir. Bu əmlakın böyük hissəsi Rusiyaya aparılıb. Kiçik bir hissəsi qalıb ki, onların da daşınması bizim müəyyən etdiyimiz qrafik əsasında həyata keçiriləcək. Bu proses yaxın həftələrdə başa çatdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB