“Müzakirə olunan məsələlər yeni ideyaların yaranmasına öz töhvəsini verəcək” MÜNASİBƏT
"Artıq Azərbaycan nəinki beynəlxalq tədbirlərə ev sahibliyi edir, hətta bu sahədə yeni ənənələrin yaranmasının təşkilatçısı kimi də çıxış edir". Bunu SİA-ya Milli Məclisin sədr müavini Bahar Muradova I Cənubi Qafqaz Formunun Bakıda keçirilməsinin əhəmiyyətindən danışarkən deyib.
Vitse-spikerin sözlərinə görə, I Cənubi Qafqaz Formunun Bakıda keçirilməsinin çox böyük əhəmiyyəti var: "Azərbaycan Cənubi Qafqaz regionunda həm inkişaf səviyyəsinə, həm ictimai-siyasi sabitliyə, həm də dünyada gedən proseslərə verdiyi töhvəyə görə irəlidə gedən ölkədir. Hesab edirəm ki, dünya ictimai-siyasi həyatında öz yeri olan insanların iştirak etdiyi bu forum əlamətdar bir hadisə kimi yadda qalacaq. Forumun gündəliyində müzakirə etdiyi məsələlər həm Cənubi Qafqaz regionunu narahat edən problemlər, həm də dünyanın qarşısında dayanan təhlükəli məqamlarla bağlıdır. Düşünürəm ki, bu müzakirələr, irəli sürülən ideyalar gələcəkdə bu regionun önəmini də nəzərə alaraq bir sıra məsələlərdə fikirlərin formalaşmasına və yeni-yeni ideyaların yaranmasına öz töhvəsini verəcək. Azərbaycan bu tədbiri çox yüksək səviyyədə keçirdi. Ümid edirəm ki, qarşıdakı illərdə bu ənənə davamlı şəkil alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB