Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Yunanıstanın keçmiş xarici işlər naziri, Yunanıstan parlamentinin üzvü xanım Teodora Bakayanisi qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulandı, Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurasında uğurlu əməkdaşlığının önəmi qeyd edildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB