Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mərkəzi mənzil qərargahında partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevlə ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri xanım Santa Orr arasında görüş keçirilib. BAXCP-dən SİA-ya verilən məlumata görə, görüş ABŞ səfirinin siyasi işlər üzrə müşavirinin təşəbbüsü ilə baş tutub.
Görüşdə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cinayət məsuliyyətinin internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq edilməsilə bağlı parlamentin müzakirəsinə təqdim edilən qanun layihəsi, seçkiqabağı vəziyyət və Dağlıq Qarabağ problemi ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdə ABŞ səfirliyinin siyasət şöbəsinin əməkdaşı Bəhruz Məmmədov və BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB