Gürcüstan prezidenti: “Bizim regionumuzun gələcəyi Azərbaycanda həll edilir”
"Azərbaycanın sabitliyi və inkişafı, bütün siyasi proseslərin sakit, dinc məcrada aparılması göstərir ki, bizim son illər əldə etdiyimiz nailiyyətlər təkcə tarixdə qalmayacaq, həm də davam edəcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Prezidenti Mixeil Saakaşvili birinci Cənubi Qafqaz forumunda iştirakı zamanı bildirib.
M.Saakaşvilinin sözlərinə görə, regionlarının gələcəyi Azərbaycanda həll edilir: "Bu, təkcə Azərbaycanın deyil, həm də Gürcüstan, Ukrayna, Moldova, ümumiyyətlə postsovet ölkələrinin müstəqilliyidir".
Gürcüstan prezidenti regionda Azərbaycandakı sabitliyin pozulmasında maraqlı olan qüvvələrin olduğunu da istisna etməyib: "Bu, uydurulmuş məsələ deyil. Biz bunu Gürcüstanda öz üzərimizdə hiss etdik. Bu qüvvələr Azərbaycanın əldə etdiyi tərəqqinin dayanması və davam etməməsi üçün hər cür səy göstərəcəklər. Bu gün müstəqil xarici siyasət yürüdən, uğur qazanan Azərbaycan bu məkan üçün tam yeni reallıqdır. Azərbaycan Gürcüstana olan münasibətində hər zaman nümunəvi siyasət yeridib və buna görə də biz əlimizdən gəldiyi qədər Azərbaycanı qorumalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB