Bu gün işinə başlayan tədbirdə prezident İlham Əliyev çıxış edib. SİA-nın məlumatına görə, bundan sonra İordaniya kraliçası xanım Nur, Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberga, Niderlandın baş naziri, Madrid Klubunun prezidneti Vim Kok və İsgəndəriyyə kitbaxanasının direktoru İsmail Seragəldinin çıxışları olub.
Açılış mərasimindən sonra I Plenar sessiya "Mükəmməl cəmiyyətin" üzləşdiyi problemlər mövzusunda davam edib. Bu paneldə Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, Kanadanın sabiq baş naziri Kim Kembel, Finlandiyanın keçmiş prezidenti Tarya Halonen, şahzadə Əl-Həsən bin talal və Rumıniya prezidenti Emil Konstantinesku bu mövzuda öz fikirlərini bildirib.
II Plenar sessiyada "Mükəmməl cəmiyyətlər" çıxılmaz vəziyyətlərdə münaqişənin həlli üçün bir vasitə kimi mövzusunda olacaq. Paneldə Gürcüstan prezidenti Mixeil Saakaşvili, Litva prezidenti Vytautas Landsbergis, İsrailin sabiq baş naziri Ehud Barak, Türkiyənin baş nazirinin müavini Bəşir Atalay, Nobel mükafatçısı Çirin Ebadi, Mavritaniyanın keçmiş prezidenti Kassam Utimin çıxış edəcəyi gözlənilir.
Xüsusi paneldə "Sabahın gənc liderləri" müzakirə olunacaq. Burada Texasın respublikaçılar partiyasının maliyyə direktoru Corc P. Buş, ABŞ Nümayəndələr paltasının üzvü Patrik Kennedi, Boston Universitetinin nümayəndəsi Lusi Conson Trustee, BMT baş katibinin xüsusi müşaviri Nafis Sadik, Oksford universitetinin professoru Baroness Syuzan Grinfield və Dünya Azərbaycanlıları Gənclər Birliyinin sədri Ramin Məmmədov çıxış edəcək. Bu günün sonunda Nizami Gəncəvinin orijinal əl yazmalarının sərgisi keçiriləcək. Forum sabah da öz işinə davam edəcək.
Qeyd edək ki, forum iki gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB