““Human Rights Watsh” Azərbaycanın daxili işlərinə müdaxilə edir” AÇIQLAMA
"Bugünkü dünyanın problemi düz sözün deyilməsidir. "Human Rights Watsh" hesabatı Azərbaycanın daxili işlərinə müdaxilədir. Bunlar hamısı eyni nöqtədən istiqamətlənən proseslər, Azərbaycanın inkişafını, nailiyyətlərini gözü götürməyən qüvvələrin siyasi oyunlarıdır. Bütün bunlar Azərbaycanın dünyada tutduğu mövqeyə qısqanc yanaşan dövlətlərin, dövlət başçılarının siyasətinin tərkib hissəsidir".
Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Human Rights Watsh" təşkilatının Azərbaycanla bağlı yaydığı hesabata münasibət bildirərkən deyib: "Biz belə hallarla çox rastlaşmışıq. Azərbaycan belə hesabatlara cavab verməyə çoxdan hazırdır. Azərbaycan dövlətinin indiki imkanları belə təxribat xarakterli müdaxilələrin qarşısını almaqda zəif deyil. Məsləhət görürəm ki, Azərbaycan mətbuatı və ictimaiyyəti belə hesabatlara çox da fikir verməsin. Azərbaycanın xalqının belə bir deyimi var: "İt hürər, karvan keçər". Əlbəttə, bunu birbaşa, hərfi mənada onlara şamil etməsəm də, burda bir fəlsəfə var, xalqın fikridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB