Sədr müavini: “Rüstəm İbrahimbəyovun söylədikləri həqiqəti əks etdirmir” AÇIQLAMA

Sədr müavini: “Rüstəm İbrahimbəyovun söylədikləri həqiqəti əks etdirmir” AÇIQLAMA

"Əgər "Azadlıq" qəzeti Rüstəm İbrahimbəyovun açıqlamalarını sensasiya kimi qələmə verirsə, hesab edirəm ki, özünü ziyalı adlandıran, uzun illər SSRİ məkanında və dünyada özünü tanınmış, dünya vətəndaşı hesab edən bir şəxs cılız, heç bir çərçivəyə, əndazəyə, konkret fakta söykənməyən və böhtan xarakterli fikirlər səsləndirməməlidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sədr müavini Bahar Muradova Rüstəm İbrahimbəyovun ölkə hakimiyyətinə, onun prezidentinə, eləcə də Rusiya-Azərbaycan münasibətlərinə kölgə salacaq müsahibəsinə münasibət bildirərkən deyib.

Sədr müavinin sözlərinə görə, R.İbrahimbəyovun söylədiklərinin həqiqətlə heç bir əlaqəsi yoxdur: "Ölkə prezidenti tərəfindən həyata keçirilən siyasət Rusiya ilə Azərbaycanın eləcə də ölkəmizi əhatə edən digər qonşu dövlətlərin, qarşılıqlı anlaşmasına, bir-birinin işinə qarışmamasına eyni zamanda beynəlxalq hüququn prinsiplərinə söykənir. Təbii ki, bu diplomatiyanın uğurları göz önündədir. Yox, əgər R.İbarhimbəyov dırnaqarası diqqəti çəkən çıxışlar etməklə və diqqəti öz personasına yönəltmək istəyirsə hesab edirəm ki, bu onun ziyanına işləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə