Prezident Sazişin təsdiqi barədə Fərman İmzaladı

Prezident Sazişin təsdiqi barədə Fərman İmzaladı

Cari ilin aprelin 8-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb. SİA-nın məlumatına görə, Fərmana əsasən aprelin 8-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Proqramının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Albaniya Respublikası tərəfini xəbərdar etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə