Prezident İlham Əliyev Fərman imzalayıb

Prezident İlham Əliyev Fərman imzalayıb

Cari ilin martın 11-də Zaqreb şəhərində imzalanmış "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb. SİA-nın məlumatına görə, Fərmana əsasən 2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

Həmçinin, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası Hökumətini xəbərdar etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə