Mübariz Qurbanlı: “Azərbaycanda jurnalistlərə həmişə diqqət göstərilib"

Mübariz Qurbanlı: “Azərbaycanda jurnalistlərə həmişə diqqət göstərilib"

"Azərbaycanda jurnalistikanın inkişafına, həmçinin mətbuatın azadlığına hər cür şərait yaradılıb". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı "Sərhədsiz Reportyorlar" beynəlxalq jurnalist təşkilatının Azərbaycanla bağlı hazırladığı hesabata münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, jurnalistlərin təqib olunmaları, qətlə yetirilmələri və bu qətllərin üstünün açılmaması ilə bağlı sıyahıya baxdıqda Azərbaycan bu tip hadisələrin ən az baş verdiyi ölkələrlə bir pillədə dayanır: "Buna görə də, müxalifət tərəfindən mətbuat orqanlarında bu mövzunun şişirdilməsi, Azərbaycanla bağlı yenə də qərəzli mövqedə çıxış edilməsi yolverilməzdir. Əlbətdə, jurnalist əməyi qiymətləndirilir. O cümlədən də jurnalist fəaliyyəti dünyanın hər yerində müəyyən mənada təhlükəli sənət hesab olunur. Çünki, jurnalistlər məlumat əldə etmək üçün döyüş bölgələrində olur. Bundan əlavə ayrı-ayrı ölkələrdə jurnalistlər təyqizlərlə də üzləşirlər. Bunun qarşısını almaq üçün beynəlxalq miqyasda fəaliyyət göstərilir. Eyni zamanda, Azərbaycanda da jurnalistlərə qarşı diqqət həmişə mövcud olub. Prezident İlham Əliyev dəfələrlə jurnalistlərin fəaliyyətini dəyərləndirib. Bu gün Azərbaycanda jurnalistlərin fəalliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Müxtəlif mətbuat orqanlarına dövlət tərəfindən yardımlar, vergi güzəştləri edilir. Jurnalistlərin sosial məişət şəraitlərinin yaxşılaşdırılması üçün ciddi addımlar atılır. Belə bir şəraitdə "Sərhədsiz Repartyorlar" təşkilatının Azərbaycanla bağlı qərəzli bir mövqedən çıxış etməsi təbii ki, başa düşülən deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə