Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər edib

Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş abadlıq işləri barədə məlumat verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə