"Avropa İttifaqı (Aİ) Azərbaycanı maraqlı və etibarlı tərəfdaş kimi nəzərdən keçirir. Biz Azərbaycanı təhlükəsizlik, enerji sahələrində, həmçinin mədəniyyət və təhsil məsələlərində tərəfdaş kimi nəzərdən keçiririk. Aİ-Azərbaycan tərəfdaşlığının böyük potensialı var". SİA-nın məlumatına görə, bu fikirləri Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycan Diplomatik Akademiyasında çıxışı zamanı deyib.
"Çiçəklənmə və inkişaf üçün etibarlı zəmin yarada biləcəyimizə inanıram. Aİ-Azərbaycan münasibətləri Bakının Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirakı vasitəsilə inkişaf edir. Bu təşəbbüs Bakının Aİ ilə münasibətini yeni səviyyəyə çıxaracaq, insanlar arasında əlaqələri gücləndirəcək. Aİ Azərbaycan ilə münasibətlərin genişlənməsinə maraq göstərir", -deyə o fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB