Əli Əhmədov: “Kitabda Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində xidmətlərini əks edirən tezislər var”
"Azərbaycanlılar yaşadığı bütün dünya dövlətlərində Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinin özünəməxsus şəkildə qeyd edirlər. Azərbaycan vətəndaşlarının Heydər Əliyevin doğum gününü qeyd etməsi həm də bugün Azərbaycanda həyata keçirilən, prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan, Azərbaycanın inkişafına xidmət edən siyasətin dəstəklənməsidir". SİA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov "Azərbaycan" qəzeti redaksiyasının hazırladığı "Heydər Əliyev mənim həyatımda" adlı kitabın iki cilddən ibarət yeni variantının təqdimat mərasimində çıxışı zamanı deyib.
YAP-ın Sədr müavinin sözlərinə görə, Heydər Əliyev haqqında yazılan hər bir kitab onun fəaliyyətinin dəyərləndirilməsi ilə yanaşı, gələcək nəsillər üçün geniş Azərbaycanın inkişafına xidmət edən fəaliyyətin tarixə çevrilməsi və gələcək nəsillərə ötürülməsi üçün verilən tövhələrdən biridir: "Bu kitabda Ulu Öndər haqqında xatirələr, onun xalqı qarşısındakı xidmətləri, fikirləri, düşüncələri mövcuddur. Bu kitabda Heydər Əliyevin insanlara münasibəti, Azərbaycan tarixində xidmətlərini əks edirən tezislər mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB