"Aydın məsələdir ki, bu, Avropa Parlamentinin ümumi mövqeyi deyil. 600-dən çox deputatı olan və onlarla ölkələrin nümayəndələrini özündə birləşdirən bir struktur Azərbaycanın işğal edilən torpaqları ilə bağlı öz mövqelərini belə ortaya qoyur. Çox təəssüf ki, bu gün onların içərisində Ermənistanın işğalçılıq siyasətinə yönələn qüvvələr var". SİA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Avropa Parlamenti üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə münasibət bildirərkən deyib.
"Özlərini parlamentin deputatları adlandırmaqlarına baxmayaraq, onlar beynəlxalq hüquq normalarına saymırlar. Azərbaycanın ərazi bütövlüyünu pozaraq işğal olunan ərazilərə getmək və oradan da provakasiyalı bəyanatlar vermək deputat statusuna böyük ləkədir",- deyə millət vəkili fikirlərinə əlavə edib.
Bununla bağlı Azərbaycan parlamentində ciddi müzakirələr aparıldığını deyən YAP Siyasi Şurasının üzvü bildirib ki, bu məsələnin arxasında Ermənistan və onu müdafiə edən xarici dairələrin Azərbaycana qarşı provakasiyası durur: "Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq Ermənistanın bugünkü mövqeyidir. Onların hansı mövqedə olmasına baxmayaraq, Azərbaycan hər zaman öz müstəqilliyini, ərazi bütövlüyünü qorumaq və suverən hüquqlarını müdafiə etmək iqtidarındadır. Əvvəllər də belə addımlar olub və bundan sonra da belə hallarla qarşılaşacağıq. Lakin Azərbaycan xalqı olanlara soyuqqanlı yanaşa bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB