YAP-ın Sədr müavini: “Azərbaycan bu sahədəki iradlarını bütün beynəlxalq təşkilatlara bildirməlidir”

YAP-ın Sədr müavini: “Azərbaycan bu sahədəki iradlarını bütün beynəlxalq təşkilatlara bildirməlidir”

"Avropa Parlamentinin bəzi üzvlərinin Dağlıq Qarabağa səfəri yolverilməzdir. Hesab edirəm ki, bu bütövlükdə Azərbaycana qarşı ədalətsiz yanaşmadır". Bunu SİA-ya YAP-ın Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov deyib.

Millət vəkilinin sözlərinə görə, bu addım təcavüzün və təcavüzkarın dəstəklənməsindən başqa bir şey deyil: "Bu həmçinin ATƏT-in Minsk qrupunun münaqişəni nizama salınması ilə əlaqədar göstərdiyi təşəbbüslərə də kifayət qədər ciddi maneə yaradır. Bütün bunları biz birmənalı şəkildə qeyd edirik və bundan sonra da bu davam edəcək. Eyni zamanda elə bir effektiv mexanizm yaradılmalıdır ki, işğal altında olan Azərbaycan torpaqlarına Azərbaycan hökumətinin icazəsi olmadan hər hansı beynəlxalq təşkilatın nümayəndələri səfər etməsin. Güman edirəm ki, bu təkcə Azərbaycanın mövqeyindən yox, həm də beynəlxalq təşkilatınların mövqeyindən asılı olmalıdır. Amma Azərbaycan bu sahədəki iradlarını bütün beynəlxalq təşkilatlara bu günə qədər bildirib və bundan sonra da bildirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə