AXCP-nin ağır maliyyə durumu yaşadığı hər kəsə bəllidir. Əli Kərimlinin ianələr hesabına AXCP-ni dirçəltmək istəməsi də heç bir nəticə vermir. Digər tərəfdən, İsa Qəmbər ona qarşı kifayət qədər məkrli oyunlar oynayaraq AXCP-nin son vaxtlarda xaricdən maliyyələşməsinin qarşısını ala bilib. Müsavatın isə bu sarıdan heç bir problemi yoxdur. SİA-nın verdiyi məlumata görə, Müsavatın AXCP-yə qarşı apardığı kampaniyanın tərkib hissəsi kimi olduqca maraqlı məlumat əldə etmişik.
Belə ki, İsa Qəmbər AXCP sədrinə söz verib ki, onun xaricdən qrant almasına kömək edəcək. Təxminən 3-4 ay bundan əvvəl baş verən bu olayın daha maraqlı məqamları var. Belə ki, xaricdə kifayət qədər təşkilatlar var ki, siyasi partiyaları maliyyələşdirirlər. Lakin bu maliyyələşmə çirkli pullar, oğurluq vəsaitlər hesabına həyata keçirilir.
Müsavat başqanı İsa Qəmbər Türkiyədə fəaliyyət göstərən bu cür donor təşkilatlarından AXCP üçün qrant istəyib. Həmin təşkilat buna razı olsa da sövdələşmə sonradan baş tutmayıb. İ.Qəmbərlə həmin donor təşkilatının razılaşması belə olub ki, pul AXCP-yə veriləndən sonra hüquq-mühafizə orqanlarına da məlumat ötürülsün və nəticədə AXCP-nin qrant aldığı çirkli pullarla bağlı həbslər başlansın.
Əldə olunan informasiyaya görə, Ə.Kərimli İ.Qəmbərin xarici təşkilatla birlikdə ona qarşı hazırladığı plandan vaxtında xəbər tuta bilib. Bunu isə, ona İ.Qəmbərin xaricdə yaşayan yaxın qohumlarından biri deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB