Aydın Mirzəzadə: "Rüstəm İbrahimbəyovun müxalifəti birləşdirməsi mümkünsüzdür"

“Müxalifətin “mənəvi atası” onların mətbuatında da ciddi tənqidə məruz qalır”
Aydın Mirzəzadə: "Rüstəm İbrahimbəyovun müxalifəti birləşdirməsi mümkünsüzdür"

Müxalifət nümayəndələrinin son zamanlar verdikləri bəyanatlarla özlərini tamamilə çaşdırıblar. Onların nə istədikləri və buna necə nail olacaqları barədə səsləndirdikləri fikirləri bir-birinə ziddir. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, müxalifət partiyaları bir-birlərinin sosial bazalarını ələ keçirmək üçün mübarizə aparır: "Eyni zamanda bunların hər birinin erməni millətçiləri ilə əməkdaşlığı ortaya çıxır. Rüstəm İbrahimbəyov da buna istinad edir. Bir neçə il bundan əvvələ qədər erməni rejissorları ilə milli dəyərlərdən uzaq olan film çəkməsi, gah iqtidarı müdafiə etməsi, gah da müxalifətə keçməsi onun şaşqınlığını göstərir. Son dövrlər özünü müxalifətin "mənəvi atası" statusunda aparması isə müxalifətin özünün ciddi etirazına səbəb olur. Onun partiyaları birləşdirmək, vahid namizəd əldə etmək və ya amorf bir "Milli Şura" yaratmaq təklifi bir qayda olaraq müxalifətin ciddi etirazıa səbəb olub. Təsadüfi deyil ki, son dövrlər R.İbrahimbəyovun fəaliyyəti elə müxalifət mətbuatının özündə ciddi tənqidə məruz qalır. Onun siyasi fikirləri siyasətdən xəbərsizliyini hər dəfə açıq büruzə verir. R.İbrahimbəyovun müxalifəti birləşdirmək, vahid bir qüvvəyə çevrilmək fikri əlbəttə ki, müxalifət daxilində olan ziddiyətlərə görə, mümkünsüz bir məsələdir. Hər halda bu gün cəmiyyəti müxalifət daxilində nə baş verməsi, İbrahimbəyovların siyasi iddiası deyil, özünün normal təkamülü və dövlətçiliyini inkişaf etdirmək istəyi durur".

Bütün xəbərlər Facebook səhifəmizdə