Azərbaycan və Türkiyə arasında ikitərəfli məsləhətləşmələr aparılacaq
Sabah Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov ikitərəfli məsləhətləşmələrin aparılması məqsədilə Ankara şəhərinə səfər edəcək. Bu barədə SİA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib. Səfər müddətində nazir müavininin Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirə edilməsi, eləcə də müxtəlif beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB