Millət vəkili: “Müxalifətin vəzifəsi iqtidara qarayaxmaqla “con” dayılarından pul almaqdır”

Millət vəkili: “Müxalifətin vəzifəsi iqtidara qarayaxmaqla “con” dayılarından pul almaqdır”

"Demokratik bir ölkədə yaşadığımız üçün hər bir kəsin prezidentliyə namizədliyini irəli sürməsi çox təbiidir". Bunu SİA-ya milət vəkili Eldar İbrahimov İsa Qəmbər və digər şəxslərin prezidentliyə namizədliyini irəli sürməsinə dair məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, prezidentliyə alternativsiz namizəd İlham Əliyevdir: "Prezidentliyə namizəd olan həmin adamların hər birinin arzusu ürəyində qalacaq. Bu gün Azərbaycan xalqı möhtərəm prezidentimiz İlham Əliyevi çox sevir. Ona görə ki, İlham Əliyev prezident seçildiyi ildə söylədiyi kimi, hər bir azərbaycanlının prezidentidir. Prezidentimiz bu gün hər bir azərbaycanlının prezidentidir və ölkəmizi yüksək sürətlə inkişaf etdirir. Bu gün biz yalnız müstəqil Azərbaycanın yox, müstəqil, müasir və güclü ölkənin vətəndaşlarıyıq. Bu müstəqilliyi müasirləşdirən, gücləndirən, məhz möhtərəm prezidentimiz İlham Əliyevdir. Azərbaycan xalqı müdrikdir. İnanıram ki, xalqımız möhtərəm prezidentimizə səs verəcək və biz üçüncü müddətə İlham Əliyevi prezident görəcəyik. Bu gün ölkəmizdə İlham Əliyevin alternativi yoxdur. Xalqın da gələcəyi məhz möhtərəm prezidentimiz İlham Əliyevdən asılıdır.

Bundan başqa millət vəkili müxalifət mətbuatının iqtidar nümayəndələrinin söylədiyi fikirləri təhrif etməsinə və onlara qarşı qarayaxma kampaniyasına münasibət bildirib: "Müxalifətin vəzifəsi iqtidara qarayaxmaqla "con" dayılarından pul almaqdır. Onlardan bundan başqa heç nə gözləmək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə