Hüquqşünas: “Məhkəmələrin icraatında olan mülki işlərin sayı artıb”
"Son zamanlar nikahın pozulması tələbi ilə məhkəmələrin icraatında olan mülki işlərin sayı artıb. Bu gün nikahın pozulması halları respublikanın bütün şəhər və rayonlarında mövcuddur". Bunu SİA-ya hüquqşünas, "ORATOR" hüquq ofisinin direktoru Həsən Həsənov bildirib.
Onun sözlərinə görə, bu gün hər hakimin icraatında gün ərzində ən azı bir nikahın ləğvinə dair mülki iş var: "Bu günə qədər icraatımda olmuş nikahın ləğvinə dair mülki işlərin təcrübəsindən deyə bilərəm ki, əksər hallarda nikahın pozulması ərlə arvadın ailədaxili münasibətlərinin kəskinləşməsi, eyni zamanda kənar müdaxilə və s. bu kimi hallardan qaynaqlanır. Hesab edirəm ki, nikahın pozulmasında adətən hər iki tərəf bir-birini günahlandırsa belə, əslində ərlə-arvadın nikahın pozulmasına təsiri bərabərdir. Bu daha çox ailədə bir-birinə güzəştə getməməkdən qaynaqlanır".
Hüquqşünas Həsən Həsənov həm də qeyd edib ki, yaşadığmız dövrün özünəməxsus xüsusiyyətləri onu deməyə əsas verir ki, cəmiyyətdə qadın və kişi bərabərliyi faktoru milli-mənəvi dəyərlərə mütənasiblik çərçivəsindən çıxdığı zaman artıq ailədə həm ərin həm də arvadın qüruruna toxunma həddinə gəlib çatmış çəkişmələr bu nikahı bitməyə məhkum nikah vəziyyətinə gətirir: "Eyni zamanda gənc ailələrə valideynlərin müdaxiləsi də nikahın pozulmasına səbəb olan amillərdən biri kimi ortaya çıxmaqdadır. Nikahın pozulması hallarının qarşısının alınması üçün ilk növbədə nikahın bağlanması zamanı diqqət yetirilməsi vacib olan amillər göz ardı edilməməlidir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB