Mahmud Əhmədinejat: Qərb İraqı, Pakistanı və Suriyanı parçalamaq istəyir

Mahmud Əhmədinejat: Qərb İraqı, Pakistanı və Suriyanı parçalamaq istəyir

İran prezidenti Mahmud Əhmədinejat Qərb dövlətlərini İraqı, Pakistanı və Suriyanı parçalamaq niyyətində olmasına görə, ittiham edib.

Şərqi Azərbaycan vilayətinin Təbriz şəhəri sakinləri qarşısında çıxış edən prezident bildirib ki, Qərb adları çəkilən ölkələrin əhalisini parçalamaq və idarə etmək üçün onların arasına süni müharibə salır.

"Qərb əvvəllər irqlər arasında münaqişələr salırdı. Bu gün isə dindən alət kimi istifadə etməklə bir sıra dövlətlətdə müharibələr törərədir" – deyə Əhmədinejat bildirib.

Pakistanda, Suriyada və İraqdakı müharibələri xatırladan prezident deyib ki, bu münaqişələr gələcəkjə Türkiyədə, Səudiyyə Ərəbistanında və Asiyanın digər ölkələrində baş verəcək. Ona görə də, xalqlar Qərbin planlarını neytrallaşdırmaq üçün barışmalıdırlar.

İran prezidenti bildirib ki, onun ölkəsi Qərbin digər xalqlara qarşı yönəlmiş planlarından xəbərdardır.

Bütün xəbərlər Facebook səhifəmizdə