Rumıniya “Nabukko”nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdadır

Rumıniya “Nabukko”nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdadır

Rumıniya "Nabukko"nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdadır.

Bu sözləri Rumıniyanın Baş naziri Viktor Ponta Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) çıxış edərkən Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü, deputat Qənirə Paşayevanın sualına cavabında deyib.

Baş nazir bildirib ki, Rumıniya Azərbaycanla əməkdaşlığa böyük önəm verir. "Mənim səlahiyyət müddətimdə əsas hədəflərdən biri Qara dəniz bölgəsində enerji potensialını inkişaf etdirməkdir. "Nabukko" layihəsi birinci prioritetdir".

Viktor Ponta qeyd edib ki, bölgədə bütün ölkələr arasında daha təkmil əməkdaşlıq bu ölkələrdə enerji və iqtisadi inkişafı təmin etməklə orta və uzunmüddətli faydalar gətirəcək.

"Azərbaycana böyük məmnuniyyətlə səfər edəcəyəm. Enerji mühüm məsələdir və bu səbəbdən Avropa İttifaqı mayın 25-də bu mövzuya diqqətini yönəldəcək. Biz "Nabukko"nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdayıq" - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə