ATƏT ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq müzakirə edilib
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ilə görüşüb.
Görüşdə insan hüquqları sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
E.Süleymanova ATƏT ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığa önəm verdiyini vurğulayıb, fəaliyyəti dövründə bu nüfuzlu qurumla birlikdə səmərəli təcrübə mübadiləsinin aparıldığını söyləyib.
Müvəkkil son illərdə təsisatda hazırlanmış və tərcümə edilmiş hüquqi nəşrlər haqqında ətraflı məlumat verib, həmçinin bu nəşrlərin hazırda ombudsman tərəfindən ölkənin hər bir rayonunda keçirilən ictimai dinləmələr zamanı iştirakçılara paylandığını qeyd edib.
K.Tarqay insan hüquqlarının müdafiəsində böyük rol oynayan ikitərəfli əlaqələri yüksək qiymətləndirib, gələcək əməkdaşlığın insan hüquqlarının müdafiəsi istiqamətində mühüm rol oynayacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB