Nazir müavini: “Xəzər dənizinin statusu ilə bağlı ikitərəfli danışıqlar davam etdirilir”
"Xəzər dənizinin statusu ilə bağlı ikitərəfli danışıqlar həm İranla, həm də Türkmənistanla normal müstəvidə davam etdirilir". SİA-nın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin statusu ilə bağlı növbəti sammit bu il sentyabrın birinci yarısında Bakıda keçiriləcək: "Xəzər dənizinin statusu ilə bağlı müəyyən konvensiyalar mövcuddur. Həmin sənədlərə uyğun olaraq, danışıqlar davam etdiriləcək, lakin qalan məsələlər də müzakirə olunacaq. Qeyd edim ki, bu məsələlərdən biri Xəzər dənizində aparılan fəaliyyətlə bağlıdır. Bu fəaliyyətlərə həm hərbi donanma, həm aviasiya, həm də təbii resursların düzgün bölünməsi daxildir".
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB