Fond sədri: “1990-cı il hadisələrinin bir daha təkrarlanmasını istəmirik” AÇIQLAMA

Fond sədri: “1990-cı il hadisələrinin bir daha təkrarlanmasını istəmirik” AÇIQLAMA

"Hesab edirəm ki, bu ölkəmizlə bağlı yayılan ilk və sonuncu hesabat deyil. Mənə elə gəlir ki, artıq Azərbaycan cəmiyyətinin bu kimi hesabatlara qarşı sanki immuniteti yaranıb". Bunu SİA-ya "İnsan Hüquqları XXI əsr" Fondunun sədri Şahin Camalov ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hazırladığı növbəti hesabata münasibət bildirərkən deyib.

Şahin Camalovun sözlərinə görə, hesabatı oxuyarkən hər şeyin qara, qərəzli olduğu aydın görünür: "Biz ABŞ Dövlət Departamentinin Azərbaycana yönəlik hazırladığı hesabatla yaxından tanış olduq. Mən bundan əvvəldə qeyd etmişəm ki, Dövlət Departamentinin bir sıra şəxslərlə bağlı irəli sürdüyü iddialar (həbsdən azad olunmaq, onlar günahsızdır və s.) hələ tam təfərrüatı ilə araşdırılmır. Bu ilk növbədə qərəzliliyin, bitərəfliliyin nümunəsidir. Mən bir faktı qeyd edərdim ki, Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, bu ölkədə sabitlik və stabillik mövcuddur. Beləcə, bu sabitlik və stabilliyi pozmaq üçün də Avropa və bir sıra beynəlxalq təşkilatlar əlindən gələni edirlər. Mən ümid və arzu edirəm ki, onlar buna nail olmasınlar. Biz 1990-cı il hadisələrinin bir daha təkrarlanmasını istəmirik".

Hesabatda jurnalistlərin döyülməsinə, dustaqların işgəncəyə məruz qalmasına gəlincə isə deyə bilərəm ki, ölkəmizdə belə bir hal yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə