Asim Mollazadə ABŞ-da keçiriləcək tədbirlərə qatılacaq

Asim Mollazadə ABŞ-da keçiriləcək tədbirlərə qatılacaq

Milli Məclisin deputatı Asim Mollazadə aprelin 26-dan mayın 4-dək ABŞ-ın Vaşinqton və Nyu-York şəhərlərində səfərdə olacaq. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Millət vəkili Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın bir sıra nüfuzlu beyin mərkəzlərində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Asim Mollazadə Vaşinqtonda və Nyu-Yorkda ölkəmizin beynəlxalq münasibətləri mövzusunda məruzələr oxuyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə