Elçin Mirzəbəyli: ““Azadlıq Radiosu” Azərbaycan xalqından üzr istəməlidir”

Elçin Mirzəbəyli: ““Azadlıq Radiosu” Azərbaycan xalqından üzr istəməlidir”

"SƏS TV"-nin "Azadlıq radiosu" ilə bağlı apardığı araşdırmasında konkret faktlar ortaya qoyulub. Buna görə "Azadlıq radiosu" niyə narahat olmalıdır? Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli ortaya qoyulan faktları adı çəkilən radio tərəfindən qəbul edilməməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

E.Mirzəbəylinin sözlərinə görə, insanları aldatmaq kimi texnologiyaların "Azadlıq radiosu"na xas olduğunu hər kəs bilir: "Adətən "Azadlıq radiosu" insanları aldatmaq, şantaj etmək, səsini yazmaq kimi əməllərlə məşğul olur. Eyni zamanda "Azdlıq radiosu"nun aparıcı şəxslərindən biri olan Xədicə İsmayılın əməlləri siyasətini həyata keçirdiyi Əli Kərimliyə xas xüsusiyyətdir. Ə.Kərimlinin otağında vaxtı ilə siyasətçilərin səsinin lentə alındığı hər kəsə məlumdur. X.İsmayıl və radionun digər əməkdaşları da bu üsullardan istifadə edir. Hesab edirəm ki, ortalıqda fakt qoyulub və bu fakt hansısa qanunsuz hərəkətlərin üstünü açmağa xidmət edirsə, aparılan araşdırmanın nəticəsi ilə həmin insanlar razılaşmalıdırlar. Hətta onlar Azərbaycan xalqından üzr istəməlidirlər".

Qeyd edək ki, bir müddət öncə Naxçıvan Muxtar Respublikası Babək rayon Nehrəm kənd sakini 1954-cü il təvəllüdlü Əşrəf Mustafa oğlu Həsənov "Səs" Media Holdinqə zəng edərək "Azadlıq Radiosu"nun müxbiri tərəfindən aldadıldığını, özünün sözləri ilə desək "oyuna" gətirildiyini deyib. Onun sözlərinə görə, "Azadlıq Radiosu"nun Bakı bürosunun əməkdaşı özünü Yafəz Əkrəmoğlu kimi təqdim edən Yafəz Əkrəm oğlu Həsənov ona xeyli miqdarda pul mükafatı vəd edərək sakini olduğu Nehrəm kəndi haqqında əsassız, həqiqətə uyğun olmayan, yalnız "Azadlıq Radiosu"nun maraqlarını təmin edən məlumatlar ötürməyini istəyib. Hətta Yafəz Əkrəmoğlu Əşrəf Həsənovu əvvəlcədən nə söyləyəcəyi barədə təlimatlandıraraq Bakı şəhərində mətbuat konfransı təşkil edib. Hadisə ilə bağlı "SƏS TV"-nin çəkiliş qrupu Naxçıvan Muxtar Respublikası, Babək rayon Nehrəm kəndinə ezam olunub və məsələni yerində araşdırıb. Araşdırmalar nəticəsində "Azadlıq radiosu"nun xalqın başına açdığı oyunlar ifşa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə