"Azərbaycanla əməkdaşlığa xüsusi önəm veririk". SİA-nın məlumatına görə, Rumıniyanın baş naziri Avropa Şurası Parlament Assambleyasında çıxış etdikdən sonra Assambleya üzvü millət vəkillərinin suallarını cavablandırarkən deyib. Millət vəkili Qənirə Paşayeva Rumıniya baş nazirindən onun bir neçə gün sonra, may ayında Azərbaycana şərəfi barədə soruşub. Bu səfərin V. Pontanın baş naziri kimi Azərbaycana ilk səfəri olduğunu vurğulayan Q.Paşayeva baş nazirdən özünün və rəhbərlik etdiyi hökumətin Azərbaycanla əməkdaşlıq sahəsində siyasətini soruşub: "Cənab baş nazir, ölkəniz Rumıniya Azərbaycanla bütün sahələrdə o cümlədən enerji, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa böyük önəm verir. Baş nazir kimi may ayında Azərbaycana ilk səfərinizi etməyi planlaşdırırsınız. Səfəriniz zamanı Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində hansı məsələlər diqqət mərkəzində olacaq?"
Rumıniyanın baş naziri Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyib:" Mənim səlahiyyət müddətimdə əsas hədəflərimdən biri Qara dəniz bölgəsində enerji potensialını inkişaf etdirməkdir. Nabuko layihəsi birinci prioritetdir. Bölgədə bütün ölkələr arasında daha təkmil əməkdaşlıq bu ölkələrə enerji və iqtisadi inkişafı təmin etməklə orta və uzun müddətli faydalar gətirəcək. Ölkənizə böyük məmnuniyyətlə səfər edəcəyəm. Enerji mühüm məsələdir və bu səbəbdən Avropa İttifaqı 25 mayda bu mövzuya diqqətini yönəldəcək və ümidvaram ki, bu, sirr deyildir. Biz "Nabukko"nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdayıq".
Baş nazir kimi Azərbaycana ilk səfəri zamanı əməkdaşlığın genişlənməsi istiqamətində mühüm məsələlərin müzakirə olunacağını deyən V. Ponta baş nazir kimi Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini xüsusi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB