Sədaqət Vəliyeva: “Ac toyuq yuxusunda darı görər”

Sədaqət Vəliyeva: “Ac toyuq yuxusunda darı görər”

"İsa Qəmbər o qədər uğursuzluğa düçar olub ki, səsləndirdiyi fikirləri də düşünmədən deyir. İllərdir eyni və köhnəlmiş çağırışlarla insanları təxribatçılığa sövq edən İsa Qəmbər bilməlidir ki, bu gün onu heç kəs dəstəkləmir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sədaqət Vəliyeva Müsavat başqanı İsa Qəmbərin bu il seçkilərdə qələbə qazanacağı ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, ac toyuq yuxusunda darı görər: "İsa Qəmbər çox şey deyə bilər. Bu onun üçün ənənəyə çevrilib, hər seçkidə bu cür populist çıxışlar edir. Odur ki, onun bu cür çıxışlarını, prezident olacağı ilə bağlı fikirlərini ciddiyə almaq lazım deyil."

S. Vəliyeva ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı açıqladığı hesabata da münasibət bildirərək qeyd edib ki, bu, ölkəmizin inkişafını gözü götürməyənlərin təxribatları, düşmənçilik mövqeyidir: "Çünki inkişaf edən Azərbaycan, qüdrətli bir dövlət onlara sərf eləmir. Azərbaycan isə öz müstəqil siyasəti ilə dünayada layiqli yerini tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə