Təşviqat qatarı Şirvana gəldi

Təşviqat qatarı Şirvana gəldi. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinin Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyi ilə əlaqədar olaraq Təşviqat Qatarı Xaşmaz stansiyasına göndərilib.

Bu gün həmin qatar Şirvan stansiyasına çatıb. Bununla əlaqədar Şirvan şəhərində dəmir yol syansiyasında cənub bölgəsindən olan dəmir yolçuların iştirakıyla tədbir keçirilib.Tədbirdə Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-2003-cü illəri texniki tərəqqi və hər tərəfli inkişaf dövrü adlandırıb.

Tədbirdə iştirak edən Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov o zamankı adı Əli Bayramlı, bugünki Şirvan şəhərinin inkişaf dövrünü bilavasitə Ulu Öndər Heydər Əliyevin adıyla bağlı olduğunu bildirib. İcra Başçısı Heydər Əliyevin dəfələrlə Əli Bayramlı stansiyasında qatarla gələrək şəhərimizin zəhmətkeşləri ilə görüşüb, sonra kənd təsərrüfatı rayonlarına getməsindən danışaraq xatirələri söyləyib. Şirvan şəhərində Heydər Əliyevin ideyalasının, arzularının gerçəkləşməsini layiqli davamçısı prezident İlham Əliyev 10 illik fəaliyyəti dövründə həyata keçirtməyə müvəffəq oldu. Bunu bariz nümunəsini şəhərimizdə yeni, müasir səviyyədə tikilən İstilik elektirik stansiyasının timsalında qeyd etmək olar deyən M.Camalov dəmiryolçuları tədbir münasibəti ilə təbrik edərək işlərində uğurlar arzulayıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə