Əli Əhmədov: “Bu, Əli Kərimlinin reallıqdan, gerçəklikdən kənar fikirləridir”
"Hesab edirəm ki, bu, Azərbaycanın ənənəvi müxalifətində təmsil olunan bir insanın reallıqdan, gerçəklikdən tamamilə kənar olan fikirləridir. Əgər o, qarşıdan gələn prezident seçkilərində iştirak etmək iddiasından əl çəkibsə, mən hesab edirəm ki, bu, onun tərəfindən atılan düzgün addım sayılmalıdır". SİA-nın məlumatına görə, bunu YAP-ın Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov AXCP sədri Əli Kərimlinin prezidentliyə namizədlik iddiasından geri çəkilməklə bağlı fikrinə münasibət bildirərkəın deyib.
İcra katibi hesab edir ki, AXCP sədri Əli Kərimli yəqin ki, bütövlükdə real prosesləri dəyərləndirərək, o cümlədən də Azərbaycan seçicilərinin ovqatını öyrənərək bu qənaətə gəlib, reallığın, həqiqətin ondan ibarət olduğunu bir daha dərk edib ki, Azərbaycan vətəndaşlarından kimsə onun prezident seçkilərində iştirakını nə dəstəkləmək fikrindədir, nə də o, bu seçkilərdə iştirak edərsə hər hansı ciddi bir səs toplaya biləcək: "Həqiqət ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir. Azərbaycanın bugünkü uğurlarının prezident İlham Əliyevin adı ilə bağlı olduğunu etiraf etdikləri kimi, gələcək beş il ərzində də Azərbaycanın inkişaf perspektivlərini İlham Əliyevin adı, onun fəaliyyəti və prezidentliyi ilə əlaqələndirirlər. Bu, Azərbaycanın bugünkü ictimai-siyasi mənzərəsinin real təsviridir. Bunu Azərbaycanda həm siyasətçilər, həm müxalifətçilər, həm də bütün vətəndaşlar aydın şəkildə dərk edirlər. Bu, vətəndaş rəyi, ictimai rəydir. Bu, seçkilər ərəfəsində Azərbaycanın ictimai-siyasi ovqatının həlledici məqamıdır. Əgər Əli Kərimli bunu dərk edibsə, hesab edirəm ki, o real həqiqətləri qiymətləndirmək duyğusunu hələ itirməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB