Cənubi Qafqaz Politoloqları qondarma erməni soyqırımı məsələsini müzakirə edib YENİLƏNİB-FOTO

Cənubi Qafqaz Politoloqları qondarma erməni soyqırımı məsələsini müzakirə edib YENİLƏNİB-FOTO

Bu gün Ria-Novostidə "Cənubi Qafqaz Politoloq"larının növbəti mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında politoloqlar Rasim Ağayev, Fikrət Sadıqov, Elxan Şahinoğlu və Zərdüşt Əlizadə iştirak ediblər. Tədbirin əsas mövzusu isə aprel ayının 24-də ermənilərin öz dirnaqarası soyqırımlarını qeyd etmələri və regionda baş verən proseslərin təhlili idi.

Politoloq Rasim Ağayev deyib ki, ümumiyyətlə soyqırımı deyilən məsələdə hesab edirəm ki, bu termini bütün xalqlar o cümlədən Azərbaycan jurnalistikası, elmi və publisistikası aydın izah edə bilməlidir: "Bu, beynəlxalq termindir. Əslində biz nasistlərin proqramına diqqət yetirsək görərik ki, orada da ruslara, çiqanlara və bir sıra digər xırda xalqlara qarşı eyni siyasət qəbul olunub. Ermənilərə gəldikdə isə onlara qarşı tətbiq olunan soyqırımı siyasəti mübahisəli məsələ olaraq qalır. Bu məsələ beynəlxalq aləmdə birmənalı qarşılanmayıb. Hesab edirəm ki, bunların hər biri siyasi spesikulyasiyalardır".

Fikrət Sadıqov isə bildirib ki, ümumiyyətlə heç bir ABŞ prezidenti indiyədək soyıqırımı ilə bağlı ifadəni dillərinə belə gətirməyib: "Təbii ki, burada müxtəlif məqamlar mövcuddur ki, bunlardan biri də Türkiyə dövləti ilə münasibətlərdir. Əminəm ki, ABŞ prezidenti Barak Obma da bu soyqırımı ifadəsini səsləndirməyəcək. Düşünürəm ki, müxtəlif dövlətlərin bu hadisələri sorqırımı kimi tanınması fəaliyyəti ermənilər tərəfindən davam edəcək. Bu fonda Azərbaycan Xocalı hadisələri ilə bağlı çox böyük fəaliyyət göstərdi və uğurlar qazandı. Məsələn, bir çox ölkələr (Cənubi Amerika və s.) hətta ABŞ-ın bir sıra ştatları Xocalı hadisələrini soyqırımı kimi tanıyıb. Təbii ki, bunun arxasında müəyyən siyasi məqamlar da var. Artıq ABŞ-da Ermənistana qarşı müəyyən dəyişikliklər baş verir. Bu konkret olaraq nədən ibarətdir. İlk növbədə işğalçı ölkəyə yardımlar azaldılıb. İkincisi, ABŞ dövlət katibi Con Kerri iddia edib ki, Türkiyə münaqişədə vasitəçilik etməlidir. Bu da Ermənistanda mənfi reaksiyaya yol açıb. Üçüncüsü isə ABŞ Dövlət deportamenti işğalçı ölkədə olan vəziyyətlə bağlı sərt məruzə çap edib. Amma mən bunlara da inanmıram, çünki bunların da arxasında başqa amillər dayanır".

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ prezidenti Barak Obama dövlət başçısı olmasına baxmayaraq, son dərəcə yumşaq ifadələri ilə yadda qaldı, yəni soyqırımı kəlməsini dilinə belə gətirmədi: "Biz görürük ki, ABŞ dövlət katibi Con Kerri də bu istiqamətdə heç bir addım atmır. C.Kerri son iki ayda üç dəfə Türkiyəyə səfər edib. Bu məhz əvvəlki C.Kerri idi ki, erməni lobbisi ilə çox sıx əlaqələri var idi. Artıq Türkiyənin bölgədə rolu və çəkisi artır. Təsəvvür edin ki, PKK ilə mübarizəyə Türkiyə 30 ildə 300-400 milyard dollar pul xərcləyib. Əgər bu pullar Türkiyənin inkişafına, iqtisadiyyatına və sosial məsələlərinə xərclənsə idi, rəsmi Ankara indikindən də güclü dövlət olardı. Artıq İsrail dövləti ilə də barışıq əldə olunub. Bununla da qardaş ölkənin diqqəti Cənubi Qafqaza yönəlməyə başlayır".

Zərdüşt Əlizadə isə qeyd edib ki, ikili standartlar, ikili yanaşmalar beynəlxalq siyasətin əsas qaydalarını əks etdirir: "Bu baxımdan hesab edirəm ki, bu hadisələr fonunda böyük insan fəlakətləri baş verib".

Sonda mətbuat konfransına jurnalistləri maraqlandıran suallarla yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə