İcra katibi: “Yeni Azərbaycan” qəzeti jurnalist kadrlarının möhkəmlənməsində özünün töhvəsini verib”
"Yeni Azərbaycan" qəzetinin meydana gəlməsi, 20 il ərzində fəaliyyət göstərməsi ilk növbədə Azərbaycanda dahi şəxsiyyəti Heydər Əliyev siyasətinin təbliğ olunması və bu siyasətin həyata keçirilməsi sahəsində əldə olunan uğurların Azərbaycan oxucularına çatdırılmasından ibarət olub". SİA-nın məlumatına görə, bunu jurnalistlərə bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov "Yeni Azərbaycan" qəzetinin 20 illiyi ilə bağlı təşkil olunan tədbirdə iştirakı zamanı deyib.
YAP rəsmisinin sözlərinə görə, "Yeni Azərbaycan" qəzeti YAP-ın orqanı olmasına baxmayaraq bu illər ərzində müstəqil mətbuat orqanı kimi fəaliyyət göstərib: "Adı çəkilən qəzet Azərbaycan dövlətinin, xalqının bütövlükdə isə Azərbaycanın milli maraqlarına uyğun əhəmiyyətli problemlərin işıqlandırılmasında öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Düşünürəm ki, "Yeni Azərbaycan" qəzeti Azərbaycanda söz və mətbuat azadlığının inkişaf etdirilməsinə böyük töhvə verib. Bununla da şərəfli bir yol keçilib və qarşıda böyük prespektivlər durur. Bu illər ərzində "Yeni Azərbaycan" qəzeti kifayət qədər möhkəmlənib eyni zamanda jurnalist kadrlarının möhkəmlənməsində özünün töhvəsini verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB