Ermənistanın XİN rəhbəri Rusiyaya gedir

Ermənistanın XİN rəhbəri Rusiyaya gedir

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyaya rəsmi səfər edəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, E. Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə aprelin 25-26-da səfərə gedir.

Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, xarici işlər nazirləri Ermənistan-Rusiya strateji əməkdaşlığının inkişafına istiqamətlənmiş addımları müzakirə edəcək, gündəlikdə duran bir sıra regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində Nalbandyanın RF Federal Şurasının rəhbərliyi ilə görüşəcəyi gözlənilir. Bundan başqa, Ermənistan XİN rəhbəri Rusiya Diplomatik Akademiyasının professor-müəllim heyəti qarşısında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə