Azərbaycan xarici işlər naziri Riad al-Maliki ilə görüşüb

Azərbaycan xarici işlər naziri Riad al-Maliki ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinin xarici işlər naziri Riad al-Maliki ilə görüş keçirib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətini salamlayan Fələstinin xarici işlər naziri Azərbaycana dost və qardaş ölkə kimi yaxınlaşdığını vurğulamış və bu səfəri Azərbaycan ilə Fələstin arasındakı münasibətlərin inkişafında mühüm addım kimi qiymətləndirib. Tərəflər müxtəlif sahələr üzrə münasibətlərin inkişaf etdirilməsi barədə razılığa gələrək, münasibətlərin inkişafı üçün böyük potensial olduğunu vurğulayıblar.

Fələstinin xarici işlər naziri Azərbaycanın bu gün mötəbər beynəlxalq təşkilatlarda, xüsusilə BMT TŞ, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında nüfuza malik olduğunu qeyd edərək, Fələstinə verdiyi böyük dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın regionda sülhün tezliklə bərqərar olmasının tərəfdarı olduğunu vurğulayaraq, ölkəmizin Fələstinə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın iki dövlət prinsipini dəstəklədiyini vurğulayıb.

Həmçinin, nazir Elmar Məmmədyarov Fələstinin beynəlxalq ictimaiyyətin tam hüquqlu üzvü olmağa haqqı olduğunu və hər zaman olduğu kimi beynəlxalq təşkilatlarda Fələstini dəstəkləyəcəyini qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, Azərbaycanın sürətlə gücləndiyini və inkişaf etdiyini bildirmiş və gec tez öz ərazi bütövlüyümüzü bərpa edəcəyimizi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə