Tehranda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti 32-ci iclası keçiriləcək. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 23-24 aprel tarixlərində Tehranda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 32-ci iclası keçiriləcək.
İclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB