Vüqar Rəhimzadə: “Geridə qalan illər hər birimiz üçün şərəfli və uğurlu xatirəyə çevrilib” TƏBRİK
" "Yeni Azərbaycan" qəzeti məhz 1993-cü ilin aprel ayı Azərbaycanın ictimai-siyasi həyatında qanlı-qadalı, faciəvi, xaosun hökm sürdüyü bir vaxtda yaranıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Yeni Azərbaycan" qəzetinin 20 il ərzində qazandığı yola nəzər yetirərkən deyib.
Baş redaktorun sözlərinə görə, adı çəkilən bu qəzet 20 il ərzində kifayət qədər uğurlu bir yol keçib: " "Yeni Azərbaycan" qəzeti YAP-ın ideoloji xəttinin, onun keçdiyi tədbirlərin və eləcə də ölkənin ictimai-siyasi həyatında, dünyada baş verən hadisələrin obyektiv, düzgün işıqlandırılmasında mühüm rola malik olub. "Yeni Azərbaycan" qəzeti 20 il ərzində Azərbaycanın mətbuat orqanları arasında kifayət qədər nüfuz qazanmış qəzetlərdən birinə çevrilib. Həmin dövrlərə qədər həm "İki Sahil" həm də "SƏS" qəzeti birlikdə YAP-ın yerlərdə yaranması, təşkilatlanması ilə bağlı daim fəallıq nümayiş etdiriblər. "Yeni Azərbaycan" qəzeti də 20 il bundan əvvəl yaranaraq, "İki Sahil", "SƏS" qəzetləri kimi partiyanın ideoloji xəttinin və təbliğat işlərinin regionlarda aparılmasında və bununla bağlı görülən işlərin ictimaiyyətə düzgün çatdırılmasında çox vacib rol oynayıb. "Yeni Azərbaycan" qəzeti 20 il ərzində kadrlarının peşəkarlığına, əməkdaşlarının yüksək intelektual bacarığına görə, mətbuat sahəsində öz sözünü deyən mətbu orqan olub. Mən başda qəzetin baş redaktoru Hikmət Babaoğlu olmaqla bütün kollektivi səmimi qəlbdən təbrik edir və onlara yeni-yeni yaradıcılıq uğurları arzu edirəm. Hesab edirəm ki, geridə qalan illər hər birimiz üçün şərəfli və uğurlu xatirəyə çevrilib".
Qeyd edək ki, "Yeni Azərbaycan" qəzeti 1993-cü ilin aprelin 10-da fəaliyyətə başlayıb. Hər zaman öz ənənənələri ilə seçilən qəzet ölkə mətbuatına nümunə olmaqla yanaşı, Azərbaycan ictimaiyyətinin, oxucularının geniş auditoriyasına çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB