Atəşkəs rejimi pozulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar və Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Alxanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə