Siyavuş Novruzov: “Obyektiv məlumat tərəfli deyil, tərəfsiz olmalıdır”
"Azadlıq Radiosu" birtərəfli məlumatların qeyri-qanuni, ədalətsiz təbliği ilə məşğuldur. Bununla da bu və ya digər şəkildə təxribatlar törətməyə çalışır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Azadlıq Radiosu"nun fəaliyyətinə münasibət bildirərkən deyib.
İcra katibi müavinin sözlərinə görə, həmin insanlar çalışırlar ki, qanunu pozsunlar və bundan da şou düzəldib Azərbaycanın əlehinə istifadə etsinlər: "Azadlıq Radiosu" yarandığı andan etibarən məhz potsovet məkanda fəaliyyət göstərib. Beləcə, bu radio dünyada olan məlumatları sovet ölkələrinə və əksinə s. çatdırırdı. Sonradan isə "Azadlıq Radiosu" müəyyən qrupların əlində alət olaraq burada qarşıdurma yaratmaq, iğtişaş törətmək, insanları qarşı-qarşıya qoymaq, dezinformasiya yaymaq və s. kimi işlərlə məşğul olmağa başlayır. Bir sözlə obyektiv məlumat verməkdən uzaqlaşırlar. Obyektiv məlumat tərəfsizlik deməkdir, tərəfli yox".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB