Çində səfirliyimizin binası tikilir

Çində səfirliyimizin binası tikilir

Milli Məclisdə "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Çindəki səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, sənəd barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Səməd Seyidov səfirliklə bağlı tikiləcək kompleksin gələcəkdəki görüntüsünün də hazırlandığını söyləyib: "Çində torpaq başqa dövlətlərin mülkiyyətinə verilmir. Bizim Çinlə bağladığımız sazişdə isə bir diqqət çəkən məqam var. Çinlə razılaşmaya əsasən bu torpaq sahəsi 70 illiyə Azərbaycana icarəyə verilir".

Qanun layihəsi qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə