Ümummilli Liderin 90 illik yubileyinə həsr edilmiş şahmat turnirinin ikinci turu keçirilib YENİLƏNİB-FOTO
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş şahmat turnirinin ikinci turu keçirilib. SİA-nın məlumatına görə, Bakı üzrə 50-yə yaxın şahmatçının iştirak etdiyi 7 turdan ibarət turnirin ikinci mərhələsində 12-18 yaş arası uşaq və gənclər iştirak edib. Turnirə Avropa çempionları və dünya mükafatçıları da qatılıblar.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov turnirdə çıxış edərək deyib ki, şahmat turu Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən tədbirlər silsiləsindəndir: "Hətta dahi şəxsiyyət də zamanında şahmat oyununu çox sevib və bir növ bu oyunun iştirakçısına çevrilmişdi. Məhz onun səyi sayəsində Azərbaycanın bir sıra tanınmış şahmatçıları dünyada öz sözünü deyib. Ümummilli lider şahmatçılarımıza hər zaman dəstək olub. Bu gün həmin şahmatçılar dünyada ölkəmizi layiqincə təmsil edirlər. Hətta Dünya Şahmat olimpiadasının Azərbaycanda keçirilməsi belə planlaşdırılır. Artıq bütün dünya dövlətləri Azərbaycanı şahmat ölkəsi kimi tanıyır və qəbul edir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin bir çoxu ziyalı, intelektual gənclərdən ibarətdir. Biz də onların arasından şahmat turnirində iştirak etmək üçün Bakı, Sumqayıt və Abşeron gənclərini seçdik. Biz YAP GB-nin idarə heyəti olaraq qərara gəldik ki, Azərbaycanda yeniyetmə uşaqlar arasında da Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnir təşkil edək və onlara YAP-ın diqqət, qayğısını göstərək. Çünki gələcəkdə elə ola bilər ki, həmin iştirakçılar hakim partiyanın üzvü ola bilərlər. Biz bu turniri keçirməklə onların stimullaşdırılmasına çalışırıq. Hesab edirik ki, turnir uğurla başa çatacaq".
Qeyd edək ki, ötən gün 50-yə yaxın şahmatçının iştirak etdiyi 7 turdan ibarət turnirin birinci mərhələsinə yekun vurulub. Gərgin mübarizə şəraitində keçən birinci turun nəticələrinə görə, Xəzər rayonunun YAP Gənclər Birliyinin kollektivi fəxri kürsünün yüksək pilləsinə qalxıb. Yarışda ikinci yeri Yasamal rayonunun, üçüncü yeri isə Nərimanov rayonunun komandası tutub.
Qaliblər Ulu Öndərin doğum günü ərəfəsində mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB