Hakim Yeni Azərbaycan Partiyası (YAP) gənclərin və aztəminatlı ailələrin problemlərinin həlli ilə bağlı təkliflər hazırlayıb. Bu barədə açıqlamasında YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov məlumat verib.
Onun sözlərinə görə, sözügedən təkliflərin müzakirəsinin yaxın vaxtlarda Milli Məclisdə gündəmə gətirilməsi nəzərdə tululub. Bu kimi məsələlərin dəfələrlə parlamentdə qaldırıldığını və partiya tərəfindən müzakirə edildiyini vurğulayan S.Novruzov qeyd edib ki, ölkə gənclərinin problemlərinin həlli ilə bağlı prezident İlham Əliyevin də müvafiq tapşırığı var: "Regionlarda gənclərə uzunmüddətli kreditlərin verilməsi və aztəminatlı ailələrə birbaşa olaraq dövlət tərəfindən güzəştli şərtlərlə evlərin verilməsi ilə bağlı təkliflərimiz var. Təkliflərimiz həm də ondan ibarətdir ki, gənclərə verilən ipoteka kreditlərinin faizi aşağı salınsın, məbləği isə qaldırılsın. Həmin təkliflər yaxın günlərdə Milli Məclisə də təqdim olunacaq. Bu məsələ ilə bağlı cənab Prezidentin də tapşırığı var. Düşünürəm ki, bu məsələ müsbət həllini tapacaq və həmin problemlər aradan qalxacaq"./publika/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB