"Azərbaycanda oturuşmuş siyasi sistem mövcuddur və biz hesab edirik ki, prezidentə 5 illik səlahiyyət müddəti verilməsi kifayət qədər optimal variantdır". SİA-nın verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Azərbaycan prezidentinin səlahiyyətinin 5 ildən 7 ilə qaldırılması ilə bağlı bəzi mətbuat orqanlarında gedən yazılara dair məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, dünya praktikasında da məhz belədir: Qarşıdan gələn prezident seçkiləri kampaniyasında belə bir məsələnin irəli sürülməsi reallığa uyğun deyil. İndi söhbət yalnız prezident seçkilərinin keçirilməsindən gedir. Müxalifət mətbuatı bu kimi xəbərləri yalnız ictimai rəydə hər hansı bir təlatüm yarada bilmək məqsədilə yayır, lakin bu mümkün olmayacaq. onların dezinformasiya xarakterli xəbərləri ictimai rəyə heç bir təsir göstərə bilməyəcək. Müxalifətin nəzarətində olan mətbuat orqanlarında çox tez-tez dezinformasiyalara rast gəlmək olur. Konstitusiyaya əsasən, Azərbaycan prezidentinin səlahiyyət müddəti 5 il müəyyən edilib. Bununla bağlı yalnız Konstitusiya dəyişiklik edə bilər, Konstitusiyada dəyişiklik isə referendum yolu ilə ola bilər. Hazırda da belə bir proqram yoxdur. Biz indi partiya olaraq qarşıdan gələn prezident seçkilərinin yüksək fəallıq şəraitində keçirilməsinə çalışırıq".
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB