Bu gün YAP Gəncə şəhər Təşkilatında Şura üzvlərinin, Qadınlar Şurası üzvlərinin, partiya fəallarının iştirakı ilə "Heydər Əliyev və Azərbaycanın müasirləşməstrategiyası"mövzusunda dəyirmi masa keçirilib. SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, dəyirmi masanı giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının sədri tədbir iştirakçılarını salamlayaraq bildirib ki, dahi Heydər Əliyevə məhəbbətin mərkəz şəhəri olan qədim Gəncə ulu öndərin arzuladığı kimi tamamilə yeni, müasir və modern görkəmdə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının bəhrələri olaraq, görkəmli nailiyyətlərlə və çox yüksək əhval-ruhiyyədə ümummilli liderin anadan olmasının 90 illik yubleyinə hazırlaşır.
Məruzəçi bildirib ki, əvvəlki illərdən fərqli olaraq, bu il həm respublikamızda, həm də doğma şəhərimizdə keçirilən silsilə yubiley tədbirləri zənginliyi, daha möhtəşəmliyi ilə diqqət çəkəcəkdir. Ulu öndər Heydər Əliyev son bir neçə əsrdə xalqımızın yetirdiyi ən nadir şəxsiyyət və qüdrətli dövlət xadimi kimi Azərbaycanın tarixində çox dərin izlər qoyub. Ümummilli lider hakimyyətdə olduğu bütün zamanlarda var qüvvəsi ilə ölkəmizin gələcək inkişafı, firavanlığı və müstəqilliyi naminə yorulmadan calişıb. Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi inkişaf trayektoriyası istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır. Bir neçə il öncə başlayan qlobal maliyyə böhranının fonunda ölkəmizdə müşahidə olunan dayanıqlı iktisadi inkişaf Azərbaycanda həyata keçirilən uğurlu daxili iqtisadi–sosial siyasətin bəhrəsi sayila bilər. Bu, ölkəmizin inkişafının əsas təməl prinsipini əks etdirən ulu öndər Heydər Əliyevin siyasi kursunu Azərbaycanda paralel olaraq, bütün sahələr üzrə inkişafını təmin etməsini əsaslandıran amildir. Dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycan dövlətinin hər bir müstəvidə istər daxili sabitliyin inkişafının təminatında, istərsədə beynəlxalq dayaqların möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan sferalarda qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və hərbi siyası sahədə qazanılan ugurlar ilk novbədə, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə baglıdır.
Milli Məclisin deputatı, AMEA- nın müxbir üzvü, YAP-ın beynəlxalq əlaqələr departamentinin müdiri Asəf Hacıyev "Heydər Əliyev və Azərbaycanın müasirləşmə strategiyası"mövzusunda məruzəsində qeyd edib ki, müasir Azərbaycan ölkəmizin tarixinin bütün dövrlərində xilaskarlıq missiyasını şərəflə yerinə yetirən, böyük məhəbbətlə sevdiyi doğma xalqının xoşbəxt gələcəyini təmin edən, onun işıqlı arzularını gerçəkləşdirən dahi Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir: "Görkəmli dövlət xadimi Heydər Əliyevin milli inkişaf siyasətində bütün milli resusların maddi və mənəvi sərvətlərin səfərbər edilməsi və ölkənin iqtisadi inkişafına yönləndirilməsi taktikası mühüm yer tuturdu. Keçən illərdə Azərbaycan bütün sahələr üzrə Heydər Əliyevin milli inkişaf siyasətini uğurla həyata keçirərək nəzərəçarpacaq nailliyyətlər qazanmışdır. İctimai-siyasi həyatın demokratikləşməsi, vətəndaş cəmiyyəti quruculuğunun, siyasi plüralizmin getdikcə dərinləşməsi, iqtisadi həyatın liberallaşması, sahibkarlıq inistitlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi və digər göstəricilər Azərbaycanın gələcək inkişafı üçün geniş imkanlar açmışdır.Müsahidə olunan dayanıqlı inkişaf həm də hakimiyyət qarşısında yeni uzunmüddətli Milli İnkişaf Konsepsiyasının yaradılması və həyata keçirilməsi vəzifəsini irəli sürmüşdür".
Natiq bildirib ki, Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrində əldə etdiyi uğurlar Prezident cənab İlham Əliyevə qarşıdakı dövrdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinin təməlini qoymaq və milli inkişafın gələcək illərdə vəzifələrini müəyyənləşdirmək imkanı yaratmışdır. Azərbaycan dövləti bütün sahələrdə nail olunan müvəffəqiyyətlərlə kifayətlənməyərək, Qərbin inkişaf etmiş ölkələrinin standartları səviyyəsinə yüksəlməyi və müasir bir olkəyə cevrilməyi hədəfə almışdır.
Gəncə REM-in direktoru, AMEA-nın müxbir üzvü Fuad Əliyev çıxışında ulu öndərin bütün mənalı fəaliyyəti boyu Gəncəyə və gəncəlilərə verdiyi yüksək önəmdən, şəhərin inkişafına göstərdiyi misilsiz xidmətlərdən və bu gün də onun müdrik ənənələrinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən danışıb. Qeyd edib ki, bu gün Gəncə dünya miqyasında tanınan, inkişaf edən, müasirləşən, gözəl bir şəhərdir. Prezident cənab İlham Əliyevin göstəriş və tapşırıqlarını yerinə yetirən şəhər rəhbərliyi hər bir sahədə sürətli inkişafı təmin etmişdir.
Məruzəçi onu da qeyd edib ki, şəhər İcra Hakimiyyəti və Gəncə Regional Elm Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə Gəncəyə və gəncəlilərə misilsiz xidmətlərini əks etdirən 5 cildlik nəşr çap olunmuşdur.
GDU-nun rektoru Yadigar Əliyev, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Sevda Qurbanəliyeva, Şura üzvü Mobil İmanov, YAP GDU Gənclər Birliyinin sədri Elnur Həsənov çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən və müasir Azərbaycanın dünya miqyasında nüfuzunu möhkəmləndirən, güclü və qüdrətli dövlətə çevirən insanların xöşbəxt gələcəyinin qarantı və təminatçısı olan, xalq tərəfindən yekdilliklə dəstəklənən cənab İlham Əliyev Azərbaycanın alternativsiz yeganə lideridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB