Seymur Orucov: “S.Rüstəmxanlı onu təhqir edən İlqar Məmmədovu niyə müdafiə edir?” AÇIQLAMA
"Bunların hamısı şər, böhtana və Sabir Rüstəmxanlı kimi müxalifət düşüncəli insanların seçkiqabağı siyasi mənfəət əldə etməsinə hesablanmış addımlardır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının ölkədəki son siyasi hadisələrlə bağlı yaydığı bəyanata münasibət bildirərkən deyib.
YAP GB sədrinin sözlərinə görə, bizim cəmiyyət artıq bu cür yanaşmanı qəbul etmir: "Sabir Rüstəmxanlı o qədər siyasi çəkiyə malik deyil ki, onun hər hansı bir sözü də reallığı əks etdirsin. Onun prəhbərlik etdiyi partiyanın üzvlərinin sayı belə dəqiq bilinmir. Bu insan özü vətəndaş həmrəyliyi haqda danışır, amma bəyanata diqqət yetirsək görərik ki, anti-həmrəylikdən, anti-azərbaycançılıqdan danışır. Hesab edirəm ki, bu kimi hallar artıq cəmiyyətdə gülünc doğurur. İlqar Məmmədov və Tofiq Yaqubluya gəlincə axı, onlar nə vaxtdan ictimai-siyasi xadim olublar? Bəlkə bizim bundan xəbərimiz yoxdur? Onların Azərbaycan vətəndaşı olmasına baxmayaraq, heç bir siyasi əlaqələri mövcud deyil. 5-10 nəfər insanı qabağa verərək məşhurlaşmağa çalışan bu insanlar nədənsə öz gözlərində tiri görməyib, başqasının gözündə çöp axtarmağa çalışırlar. Ümumiyyətlə, cəmiyyətdə tanınmaq üçün müəyyən xidmətlər və yaxud hər hansı bir çəkiyə malik olmaq lazımdır. Bunların isə heç bir göstəriciləri bu standartlara uyğun gəlmir".
S.Orucov deyib ki, Azərbaycanda siyasi baxışına heç kim təqib olunmayıb və tutulmayıb: "Bildiyiniz kimi İlqar Məmmədov son vaxtlar çox təhqiramiz sözlər, ifadələr işlədir. S.Rüstəmxanlının partiyasını cəmiyyətdə hər kəs yaxşı tanıyır. Mən hələ də başa düşə bilmirəm ki, S.Rüstəmxanlı onu təhqir edən İlqar Məmmədovu niyə müdafiə edir? Bu da ayrıca olaraq başqa bir təzad doğurur. Bəlkə S.Rüstəmxanlı özünü millət vəkili hesab etmir? Ümumilikdə bu deyilənlər sadəcə olaraq absurd iddialardır. Cəmiyyətdə nüfuzu olmayan bir partiyanın bu cür bəyanatını qəti şəkildə pisləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB